Zilan qızı

Xəncəri neynirsən a qaşı xəncər,
Müjganı ox eylə at zilan qızı
Zəbanı zənburun balına dönər,
Eşit məsləhətə yat zilan qızı.

At belində qırğı kimi yatırsan,
Gözlərində quşu göyə atırsan.
Süngü olub xain gözə batırsan,
Əğyarın halını qat zilan qızı.

loading...