Zamanın özü bir yoldur

Zamanın özü bir yoldur
Bizdə bu yolu gedirik.
Qarsımıza günah cıxsa,
Büdrəyib də tərs gedirik.

Çətindir bu yolu getmək,
Qaydasına əməl etmək,
Tanrı cızıbdır bu yolu
Borcumuzdur ki, səbr etmək.

Gedirik biz çiyni dolu,
Görmürük də sağı,solu.
Hərdən elə səhv gedirik,
Qayıdırıq yarı yolu.

Qayıtsaqda yarı yolu
Seçməliyik bir düz yolu.
Çünki vaxtımizda azdır
Getməliyik biz bu yolu.

Nə etmişik gedən zaman
Nə görmüşük yaxşı, yaman
Tanrı bizə hesab tutar,
Biz mənzilə çatan zaman.

Qaratel Saiq qızı.

loading...