Zaman

İnsanlar,zamana qarışıb gedir.
Zamansa onlara,yoldaşlıq edir.

Zaman,insanların qalan izləri.
İnsanlarsa zamanın,alın təri.

Doğulanın,ölənkəsdən fərqi çox.
Doğulanlar həyata ac,ölən tox.

Tox zamanın,həyatıdır əbədi.
Ac insanlar,yaşayır müvəqqəti.

Düşünmə,hərbiri edəcək xilas.
Zamanla insanı,eyləmə qiyas.

Sınaqda insanlar olsa da, ağa,
Zaman insanları çəkir,sınağa.

İnsanların namərdi var,mərdi var.
Zamanla namərd silinər,mərd qalar.

Qiyməti ölçülməyən,bənzəri olmayandır.
Zamanın nə qiyməti,nə də,bənzəri vardır.

Söyləmə,yaradan,sevmədi məni.
Düşünsən görərsən,yaradan səni,
Sevib ki,sənə də,verib zamandan.
Ayrıseçkilik eyləmir yaradan…

Abdullazadə Orxan

loading...
  • butun seirlere baxdim eladi cox xosuma geldi…