Yeni il sevinc gətirsin bizə

Günəş doğsun bəxtimizin üzünə,
Bu yeni il sevinc gətirsin bizə.
Kədərlə biz üzləşməyək bu ildə,
Bu yeni il sevinc gətirsin bizə.

Əl çatmaz arzularımız çin olsun,
Sevincimiz artsın,daşsın min olsun.
Qoy bu il ayağı sayalı olsun,
Bu yeni il sevinc gətirsin bizə.

Təbəssüm üzlərdən əksik olmasın,
Bu il bizə dərdi yaxın qoymasın.
Hamı kədər yuxusundan oyansın,
Bu yeni il sevinc gətirsin bizə.

Sevənlərin bəxt ulduzu barışsın,
Hər evdə sevgi ocağı alışsın.
Kədərsiz ömürlə ürək barışsın,
Bu yeni il sevinc gətirsin bizə.

Müellif :Ruslan Əliyev

loading...