Yenədə yadıma düşmusən mənim

Qəlbimi oxşayan baxışın sənin
Laləyə bənzəyən yanağın sənin
Qönçəyə bənzəyən dodağın sənin
Nədənsə yenədə yadıma düşüb.

Yenə o gözlərinə baxmaq istərəm
O tombul əlindən tutmaq istərəm
Adını qəlbimə yazmaq istərəm
Yenədə yadıma düşmüsən mənim.

Düşmüşəm səndən uzaqlara mən
Sənin həsrətindəyəm sevgilim hər an
Fikrimdən çıxmırsan mənim heç zaman
Yenə də yadıma düşmüsən mənim.

Adını qəlbimə yazmışam gülüm
Adını qəlbimdən silə bilməzlər
Şəhruzam düşmüşəm oduna sənin
Yenə də düşmüsən yadıma mənim.

Şəhruz Yusubzadə

loading...