Yatmısan

Dərdin böyüklüyündən,
Çox ağlayıb yatmısan.
Təsəllitək. balıncı,
Qucaqlayıb yatmısan.

İndi ürəyin dolu,
Ürəyinin yox yolu.
Sən, qatlayıb əl-qolu,
Bucaqlayıb yatmısan.

Soldurub bir çiçəyi,
Sevgidəki gerçəyi.
Səni sevən ürəyi,
”Bıçaqlayıb ”yatmısan…

Müəllif:Çingiz Babaoğlu
(Ç. Əliməmmədov)Quba

loading...