Yaşayanlar görəcəkdir

Qarabağın yaylağını,
Meşə örtmüş duman kimi
Mən gəzirəm qucağını
Bir vəfalı mehman kimi

Parçalanmış ana torpaq
Bu Qarabağ,o Qaradağ
Lal sərhəddə Araz ancaq
Haray çəkir insan kimi

Vətən qızı gözü yaşlı,
Dağlar uca,yollar daşlı
Yenə dərdim həddən aşdı,
Dalğalandı umman kimi

Bir yaranmış Azərbaycan,
Ayırsada onu zaman
Görəcəkdir hər yaşayan
Bu ölkəni bir can kimi

Hüseyn Arif.

loading...