Yaratmışdır

Elə bil YARADAN səni,
Sevmək üçün yaratmışdır.
Mənim səni sevdiyimi,
Demək üçün yaratmışdır.

Məhəbbəti tən bölməyi,
Sevindirib güldürməyi,
Sevə –sevə ”öldürməyi,”
Bilmək üçün yaratmışdır.

Alovlanıb yanmağımı,
Pərişan dayanmağımı,
İçimdən ağlamağımı,
Görmək üçün yaratmışdır.

Sevgimi qarşılamağa,
Sevə -sevə yaşamağa,
Ürəkdə yük daşımağağa,
Kömək üçün yaratmışdır…

Müəllif:Çingiz Babaoğlu
(Ç. Əliməmmədov) Quba

loading...
  • ebad

    Çux bƏyƏndim!ruhumnan danişdin çuxsağoL