Yanımda olaydın kaş

Pəncərədən
yağan yağışa baxıram;
damlalar yerə düşüb dağılır-
bir aşiqin oxu daşa dəydiyi kimi…
Mən isə darıxıram:
ürəyim sıxılır,
Yanımda olaydın kaş…
Mənim gözlərimdən yaş,
pəncərədən yağış süzülür…
Qəlbim çox üzülür!
Sənsiz mənə çətindir,
Qəfil qapını aç,
içəri gir!..
Nə qədər xəyal qurmaq olar..?
Nə qədər bir şeyi düşünüb,
beyni yormaq olar!..

Ən gözəl hisslərim,
arzularım sənədir…
Həyatımda baş verənlər isə
istəklərimin əksinədir.
Bu yağışlı gün…
necə də soyuqdur:
üşüyürəm…
Çünki otağımın istisi yoxdur;
sənsizlikdən üşüyürəm.
Otağımı,
Yatağımı
İsidən sənsən…
Mənim soyuq sözlərimi də
eşidən sənsən.
Qəlbimdə bambaşqadır yerin
çoxdur dəyərin.
Sənsiz ömür
Ömür deyil!
Bunu bil!..

Müəllif:Vüsal Ağayev

loading...