Xatırlayaq Sevgimizi

Gəlişimi hiss eləyib
tez çıxardın eyvana yar.
Gül üzünü görməyən gün
dünya mənə gələrdi dar.
Ürəyim də qan ağlayıb,
gözlərim də hətda dolub
Pərvanətək binanıza
dolandığım günlər olub.
Qonşudakı qız-gəlinlər
danışardı ikimizi-
Yadımıza salaq biraz,
xatırlayaq sevgimizi.

Məni görən qonşu qızı
qapınızı tez döyərdi.
Səni sevən oğlan gəlib,
bayırdadır söyləyərdi.
Gəlib eyvanın qapısın,
gülə-gülə açardın sən.
Səhər doğan Günəş kimi,
o dəm şəfəq saçardın sən.
O günlərin yaddaşımda
bu günədək qalıb izi.
Yadımıza salaq biraz,
Xatırlayaq sevgimizi.

Gecələri səhərədək
telefondan asılardıq.
Sözümüzdə qurtarardı
sevgimizə qısılardıq.
Nəfəsimiz gedib-gələr,
lal olardı gəl dilimiz.
Dəstəyi üstə asmağa
gəlməz idi heç əlimiz.
Qoymayırdı göz qırpmağa
o möhtəşəm sevgi bizi.
Yadımıza salaq biraz,
Xatırlayaq sevgimizi.

Hər nə desən “hə”deyərdim,
Olmaz idi etirazım.
Hərdən küsüb-barışardıq
hansın deyim,hansın yazım.
Sən sevsəndə söyləmirdin
sevdiyini bircə kərə.
Sığışdıra bilmədim yar
sevgimizi bir şeirə.
Şeir nədir sevgimizdən
çəkmək olar hətda dizi.
Yadımıza salaq biraz,
Xatırlayaq sevgimizi.

Şəhriyar Allahyaroğlu
11.04.2015

loading...