Vida nəğməsi

Yandırar sinəmi tənəli sözlər,
Yadıma salmasam olub-keçəni.
O pərişan saçlar, o qəmli gözlər,
Şirin bir aləmə səslərdi məni.

Mavi dalğaların qoynunda üzən
Sükansız, lövbərsiz tənha gəmiydim.
Səni ilahə tək mən idim gəzən,
Gecəli-gündüzlü dəli kimiydim.

Kimsə gümanıma güvənməyəcək.
Sənin ürəyinə yol tapmadımsa.
Bəlkə də heç zaman tükənməyəcək,
Ömrüm hicranından qısadır, qısa.

Fəqət bu qazancım bəs edər mənə,
İlham məhəbbətsiz od ola bilməz.
Nə qədər alışıb-yansam da yenə,
Səni qınamağa ürəyim gəlməz…

Tək sənin eşqinə yanmaqdı peşəm.
Şübhələr hayandan doldu qəlbinə?
Mən səndən uzaqda yanan günəşəm,
İşığım sonralar çatacaq sənə…

Vahid Çəmənli

loading...