Vay Vay Vay

Təzə qonşum özünə tikdi saray, vay vay vay.
Bu xəbər her tərəfeə saldı haray, vay vay vay.

Kiməsə bənzəmədik biz, nə xeyirxahlıqda,
Nə paxıllıqda bizə olmadı tay, vay vay vay.

Təbiət neylədisə, qopdu tufan, yağdı yağış.
Deyəsən maygülüye düşmədi may, vay vay vay.

Biz elə həm yaşayan hem sürünən bəndələrik.
Keçən ay kef elədiksə, gələn ay vay vay vay.

Siqaret zəhrimarın qiymətin endirməsələr,
Yanacaq köhnə qezətnən quru çay, vay vay vay.

Sələmə pul buraxan zahiri dindar hacının
Ürəyi Məkkədi, vicdanı Kitay, vay vay vay.

Kişi zonnan danışır, hər yerə təsbehlə gedir.
Qızı ekranda deyir hobaşinanay, vay vay vay.

Qara millət qara tənqidlər şəkk etdikcə
Eləyir çəkdiyimiz zəhməti zay, vay vay vay.

Ağa Şövqi, sözünü hər yetənə ərz eləmə.
Tanımaq olmayır insanları day, vay vay vay.

Orxan Bəşirov

loading...
Tags: