Vətənin anası ölüb

Başı üstə bulud qara,
Ocağının odu sönüb.
Neçə vaxtı düşüb dara,
Vətənin anası ölüb.

Yox sirrini saxlayanı,
Yox yarasın bağlayanı,
Yox dərdinə ağlayanı,
Vətənin anası ölüb.

Köksündə düşmənin oxu,
Biganədir ona çoxu,
Kim qeydinə qalsın axı,
Vətənin anası ölüb.

Yoxa çıxıb igidləri,
Dünyaya sığmaz kədəri.
Özünü boğur qəhəri,
Vətənin anası ölüb.

AYSEL NƏSİRZADƏ

loading...
  • elnure

    cox gozelllll

  • aruz

    Yetim vətən öksüz vətən ahh..! Çox bəyəndim maraqlı şeirdi