Vətəndaş!

Vətəndaş nə gözəl səslənir bu söz
Yəni bir Vətənin övladıyıq biz.
Anamız eynidir qardaşıq demək
Mən sənə arxayam sən mənə kömək.

Vətəndaş nə gözəl səslənir bu söz
Yəni iki canda bir ürəyik biz
Gücsüzük bir heçik səndə məndə tək,
Vətənə güvənib olduq Vətəndaş
Mənim ürəyimi qanatsın gərək
Sənin dırnağına dəyən çırtma daş!

Bəxtiyar Vahabzadə

loading...