Vəfasızlara həsr olunub

Yadıma düşürsən yenə hər gecə
Sənsiz günlərimin sayı çoxalır,
Sənsiz yaşayıram,bir bax gör necə?
Gündüzüm gecə tək qaranlıq keçir.

Həyatın hər anı mənə zülümdü
Sanki,cəhənnəm tək yandırır eşqim
Günah kitabına yazılıb artıq
Sevgi məktubuna yazdığım şeir.

Qalmışam yenə qapı ağzında
Gəlib,gedəni güdürəm gülüm
Həyatın mənə verdiyi zülüm
İşıq tək eşqimi, o söndürübdü.

Hər gecə ağlayıb,səni düşündüm
Nə olsun nə fayda verdiki, gülüm?
Səninlə qurduğum bax o sevgim
Sənin tək vəfasız çıxıbdır gülüm.

Müəllif:Azər Lənkaranlı

loading...