Təbriz haqqında şeir



Deyirlər çox gözəl şəhərsən Təbriz,
Səni görmək üçün göynər gəlbimiz.
Nə qədər həsrətlə yaşamışıq biz ?
Vətənin ikinci yarısı Təbriz.

Diddilər, böldülər Azərbaycanı,
Çaydan bəri qaldı ikinci canı,
Töküldü nə qədər igidin qanı,
Sağalmır Vətənin yarası Təbriz.

Tarixin yaddaşı unudulmazdır,
Kim bilir,ömrü də çoxdur, ya azdır.
Bir üzü qaradır, biri bəyazdır,
Səndən uzaq olsun qarası,Təbriz.

Müəllif:Çingiz Babaoğlu
(Ç. Əliməmmədov) Quba


Reklam


Share This Post

Recent Articles

Cavab yaz

© 2014 Azərbaycan Şeirləri. All rights reserved. Site Admin · Entries RSS · Comments RSS
Powered by WordPress · Designed by Seirler.com
Həmçinin baxclose