son-zeng seiri

Hər gün səkkizdə oluruq dərsdə.
Bilirəm müəllim olacaq dərsdə.
Nə qədər yalvarsaq, gəlməsin deyə,
Bəxt denən o sodə yoxduki bizdə,

Bəxtimiz açılsın gəlməsin dərsə.
Deyərdik bunları, bir zaman bizdə.
Artiq bu sozləri deyə bilmirik,
Məktəb illərinə sağol deyirk.

Nə bilirdikki, illər ötəcək,
Uşaqlıq illəri gəlib keçəcək.
On bir il yaşayıb boy atdığımız.
Bu məktəb illəri sona yetəcək.

Sanki bir dəftərdi məktəb illəri,
Birinci sinifən verilmiş bizə.
On bir il yaşayıb gördüyümüzü,
Bəyaz səhifəsinə yazmışıq bizdə.

Kimi gözəl xəttlə yazdı dəftəri,
Kimi qaraladı atdı kənara,
Kimidə boş qoydu bu səhifələri,
Kimidə rənglədi, bəzədi onu.

Artıq bu dəftərin son səhifəsinə,
Son sözü yazmağın vaxtı gəlibdi.
Bir azdan məktəbi təhvil veririk
Əlvida deməyin vaxtı gəlibdi.

Son zəngə tələsmə demək istərdim
Ancaq zaman bizlər üçün yaman tələsir.
Oğlanlar kövrəlir, qızlar ağlayır,
Məktəb bizim üçün əlçatmaz qalır.


Reklam


Dostlarınla paylaş