Sevmirəm…

Neyləyim taleyim qara yazılıb,
Həqiqət hər zaman yalan yozulub,
Məhəbbət məzarım dərin qazılıb,
Hər şeydən bezmişəm,daha SEVMİRƏM.

Bəsdir ürəyimi yandırma daha,
Solmuş ümidimi sındırma daha,
Yalanlarınla məni qandırma daha,
Unutdum mən səni daha SEVMİRƏM.

SEVGİLİM! deyəndə heç dedinmi “can”
İndi həsrətimdən alış,alovlan.
Bilki yanında yoxam,daha olmayacam,
Unutdum mən səni daha SEVMİRƏM.

Sevgimi satmıram səndə alasan
Qəlbim otaq deyil, səndə qalasan
Qəlbim əşya deyil,salıb qırasan
Unutdum mən səni daha SEVMİRƏM.

Xumar Goranboylu.

loading...