Sevgisiz ürəyə zaman neyləsin!?

Belə yazılıbmış acı taleyim
Nə dərdlər,nə qəmlər çəkdi ürəyim,
Bu acı keçmişi unutmaq olmur.
Bir küncdə ağlaram kimsə görməsin,
Sevgisiz ürəyə zaman neyləsin.
Bu dünya əvvəldən belə olubdur
Məcnun sevgisiylə adın qoyubdur.
Fərhadı dağlara sevgi salıbdır,
Qorxuram bu dərdə qəlbim dözməsin
Sevgisiz ürəyə zaman neyləsin.

Müəllif:Zabir Mikayilzadə

loading...