Sevginin dərdini bilməz sevməyən

İki sevgi çiçeyiydik sən və mən
Dərdimizi ,sevginizi eşqimizi
Bilməyir bilməyən
Sevginin dərdini bilməz sevməyən.

Bəzən ürək demir dil deyənləri
Səni sevdiyimi deyə bilmədim
Səndən başqasını sevə bilmədim
Eşqin ağrıları,eşqin dərdləri
Mənə əzab verir deyə bilmədim.

Mən bir Leyli tək sevirdim səni
Dayanıb düşündüm ötən illəri
Necə də sevmisən bax gör mən səni
Sevginin dərdini bilməz sevməyən

Məndə bir şair tək şeirler yazdım
Bitməyən sevgimə romanlar yazdım.
Əzablı sevgimə dastanlar yazdım
Sevginin dərdini bilməz sevməyən.

İndi axtarsamda o günlər gəlməz
Sənə olan sevgim heç zaman bitməz.
Bir dəfə sevdim mən bir daha sevməz
Sevginin dərdini bilməz sevməyən.

Söylə sən sevdinmi mən sevdiyim kimi?
Ağrılar,acılar çəkdinmi mənim kimi?
Dayandım acılara eşqim kimi
Sevginin dərdini bilməz sevməyən.

Sadəcə bir dəfə sevmişdim səni
Getsəndə yenədə sevəcəm səni.
İndi axtarsamda mən o illəri
Yazsam yenə də o şeirləri
Belkə geriyə gələsən deyə
Məni yenidən sevəsən deyə.
Sevginin dərdini bilməz sevməyən!

Sabina Aliyeva

loading...