Sevgi gülüm

Gülüm yaxşı dinlə bu sözləri
Bunlar son sözüm
Heç vaxt ayrılmaram deyərdin səndən
Arxana belə baxmayıb gedərkən
Heç düşündünmü,heç ağlına gəldimmi mən göz yaşları
tökərkən?

Artıq ağlamıram gülüm
Artıq sızlamıram.

Sənin də mənim də eşqimiz bitti
Gettiyində xoşbəxt ol gülüm.
Xəbərin olmasın ölərsəm bir gün
Xoşbəxt olsun gülsün gülsün o hər gün
O mənim sevdiyim nur üzlü gülüm.

Qıya bilmərəm mən onun bir baxışına
Canım fəda olsun onun yoluna
O mənim sevdiyim nur üzlü gülüm.

Sanma gözlərim səndən ayrılır ki..
Mən səni heç vaxt unutmaz idim
Atmazdım qəlbimdən səni.

Yandıraram atəşi gecələr
Sən gələrdin ağlıma ağlardım
Sənsiz ağlaram gülüm gecələr.

Göz yaşın axmasın həmişə gül gülüm
Qaşına,gözünə fədadır ömrüm
O mənim sevdiyim nur üzlü gülüm.

Sevdiyin qız başqasınamı baxacaq?
O gözəl gözlər başqasınamı baxacaq?
Narın əllərini söylə kimlər tutacaq?
Bu fidan göz yaşımla sulanacaq.

Acımadan gettin bir dərdimə bir dərd artırdın
Heç mi için sızlamadı için qəlbimi öldürüb getdin
Heç mi içində insaf yoxdu?
Səni dəlicə sevən insanı məhv etdin
Əllərini başqa əllərə verdin,mənim ölümümü
öz əlinlə bəlli etdin.

Əlvidayla bəzənmiş bir dünəndəyəm
Kaşkilərlə dolu baharın dəmindəyəm
Bilinməz yolların üzərindəyəm.

Mahnılara vurdum özümü durğun sularda yorğun
Əlvidalar xatirələr yol tapar qəlbimin ən dərin yerinə

Göz yaşlarım sel olarsa boğulub
gedərəm mən də.
Sayəndə bu gün bitti
Duyğularım sənin yönündə
Qismətimin yönündəyəm
Həyatımın ən çətin rolundayam

Ölüm kimi həsrətin,sənsiz heç vaxt
ola bilmərəm
Ölüm kimi nəfəssiz yaşadım mən inan
Rəsmin gözlərimdə var inan
Hər köşədə izin var inan
Get dönmə geri
Tərk etdin sən də məni.

Əlini buraxmaz əlləri gördüm
İllər keçər amma zamansız oldum
Sadəcə mən bunu bildim
Səni həmişə sevdim.

Sabina Aliyeva.

loading...