Sevgi Çinarı

Sevgiylə böyütdüm eşq Çinarımı
İpləri Sallanır ay qoca Dünya
İndi həmin ipdən uşaqlar üçün
Yelləncək düzəltdim ay qoca dünya

Ayrılığa gəlmir mənim kamalım
Sındırıb dağıdım məhbəs qandalın
Niyə mən ağlayım,niyə sızlayım?
Gözlərim sevinsin ay qoca dünya.

Sığallayıb gül qoxulu telini
Qəmli yaşla dolu ağlar gözünü,
Həyatda bir dəfə şirin üzünü
Qoxlayıb öpmədim ay qoca dünya.

Cavan getdim cavanlığım dərbədər
Sinəmdə kitab var əlimdə dəftər.
Qınamıram haçan isə közərər
Ağlımda alovun ay qoca dünya.

Çönmürəm mən sağa,nədə qırağa
Düz gedirəm çəpər otlağ qılağa
Atımda batıbdı Qan tər butağa
Uzağa getməyir ay qoca dünya.

Şeir özümə aiddir,
Tural Məmmədov…

loading...