Şeirlərim

Dönüb qəlbimdə bir dağa,
Təpələb şeirlərim.
Çıxıb ürəkdən qırağa,
Səpələnib şeirlərim.

Yazıram mən ara- sıra,
Qələmim qalsın andıra.
Məni yandıra- yandıra,
Qəlpələnib şeirlərim.

Salaraq məni gümana,
Yol itirən bir dumana.
Dönüb dənizə ümmana,
Ləpələnib şeirlərim…

Müəllif:Çingiz Babaoğlu
( Ç Əliməmmədov)
22 января 2014 г. в 10:55

loading...