Şeirdən anla.

Səni bir çiçək tək əzizlemişəm.
Könlümün bağında, dağ dərəsində.
Məndə bir sən varsan axtar özünü,
Ruhumun sarsılmış mənzərəsində.

Ürəy döyündükcə yadıma salır,
Gedəndə, qapını bərk çırpmağını,
Niyə gözlərini ayırdın mənnən?!
Mən axı sayırdım, göz qırpmağını.

Dua eliyirəm xəyal qururam.
Sənə,öz qururun olmasın əngəl.
Məni axşam çağı tərk eləmişdin.
Axşam gəlməsəndə səhər tezdən gəl.

Atəşli eşqimi, məni öldürdün.
Ölənlər həyata dönə bilərmi?!
Ruhum alovlanır sənin sevginlə.
Fikirləş bu atəş,sönə bilərmi?!

Xoşbəxt anlarımda düşünməzdim ki,
Keçərəm xəyanət həmlənə bir gün
Məni xəyanətlə incidən insan,
Arzumdu mənimtək qəmlənə bir gün

Sən öz yatağında, yatırsan indi,
Ruhən yanındayam, cisminnən uzaq,
Mən səni yanımda hiss eləməkçün.
Gözümü tutmuram rəsminnən uzaq!

Hər gün sarılıram, rəsminə onsuz.
Elə bil canlanır, cismi şəkildə.
Kağız parçasınnan mədət umsamda.
Artıq ayrılmışıq rəsmi şəkildə!

Ağlımda xəyalın,əlimdə qələm,
Səni düşünürəm, mən həyacanla!
Sənə nifrətimi,sənə sevgimi,
Mən sənə yazdığım,şeirden anla!

V. Vəlioglu…

loading...