Səni tanımadım

Gileyləndim –nə həyatdı,
İlk məhəbbət məni atdı.
Gənclimdə itdi batdı,
Bu sevgidən yarımadım.

Ürəym çox aldanmışdı,
Kösövə dönüb yanmışdı.
Mənə dayaq dayanmışdı,
Ürəyimi qınamadım.

O gözələ oxşarın var,
Axarın var, daşarın var.
Mugamtək, kürd ovşarın var,
Niyə səni tanımadım…

Müəllif:Çingiz Cingiz Babaoğlu
(C Əliməmmədov)

loading...