Səndən başqası yalan.

Xəbərini dost tanışdan almışam,
Gecə-gündüz tanrıya yalvarmışam.
Sənin üçün ağlamaqdan yorulmuşam,
Qəlbimdə səndən başqası yalan.

Taleyimi əllərimlə pozmuşam,
Mutsuzluğa məhkum olunmuşam.
Yenə də bu sevdam heç bitməyib,
Bu həyatda səndən basqası yalan.

Gözlərimi yollarına dikmişəm,
Gələcəksən deyə çox gözləmişəm.
Sənin üçün bu həyata dözmüşəm,
Ömrümdə səndən başqası yalan.

Sevməmişəm heç kəsi sənin qədər,
Şahid olsun sevgimə uca Allah.
İstər inan istərsədə inanma,
Mənim üçün səndən başqası yalan.

Məryəm.

loading...