Sən mənim bitməyən xəyallarımsan.

Hicran əzabında tənha gecələr,
Cavab tapmadığım suallarımsan.
Dünənim, sabahim, ölənə qədər
Sən mənim bitməyən xəyallarımsan…
Həsrətin qəlbimi çox incitsədə,
Dözməyə borcluyam, inam itsədə.
Nəfəsim getsədə, ömrüm bitsədə,
Sən mənim bitməyən xəyallarımsan…
Çoxdandır duymuram onun səsin də
Qoymadın vüsalın nişanəsində,
Bitməyən əzablar əhatəsində,
Sən mənim bitməyən xəyallarımsan….
Sənə susamişam səhratək, çöltək
Sənsizlik odunda yanmışam kültək
Şoran torpağlarda bitməyən gültək
Sən mənim bitməyən xəyallarımsan.

Müəllif :Şəhriyar İbrahimov

loading...