“Sən”-i də sevirəm,”Sənsizli”-yi də…

Sən mənə hər dəfə sual verirsən:
Mən səninçün kiməm?Nəçiyəm? Nəyəm?
Mən də istəyirəm cavabın deyəm…
-Sən mənə həm “Sən”-sən,həm də “Sənsizlik”…
Sən mənimçün “Sən”-sən ona görə ki,
Səndən başqasını sevə bilmirəm…
“Sənsizlik”!
Bu da o deməkdir ki,
Görmək istəyəndə, görə bilmirəm…
Əhvalın necədi? Halın necədi?
Bilmək istəyəndə,bilə bilmirəm…
Ağlayan zaman da yanında olub,
Gözünün yaşını silə bilmirəm…
Mən sən olmayanda gülə bilmirəm!
Bax, bütün bunların bir səbəbi var;
“Sənsizlik”…
“Sənsizlik” səninlə mənim aramda
Keçilməz sərhəd tək dayanıb axı?!
“Sənsizlik” hicranı qısalda bilmir…
Ayrılıq müddəti uzanıb axı?!
Bax…
Bütün bunlara baxmayaraq da,
Sənsizlik özü də əzizdir mənə…
O da “Sən” sözündən yaranıb axı?!
O da “Sən” sözündən yarandığıyçün,
“Sən”-i də sevirəm, “Sənsiz”-liyi də…
Məni “Sənsizli”-yə qısqanma, nə olar…
“Sən”-i də sevirəm, “Sənsizli”-yi də…
“Sənsizlik” olmazdı ,”Sən” olmasaydın!
“Sən”-i də sevirəm, “Sənsizli”-yi də!

Ramil Göyçaylı

loading...