Zəfər nəğməsi.

Şükür olsun uca Allahımıza,
Qovuşa bildik Qarabağımıza,
Bizimçün darıxan torpağımıza,
Neçə ildən sonra qovuşduq Allah.

Nəhayət çalındı zəfər nəğməsi,
Vətəni bürüdü qələbə səsi.
Sındı Qarabağın işğal qəfəsi.
Neçə ildən sonra qovuşduq Allah.

Düşmənlərə məzar qazdı əsgərim,
Tarixlərə tarix yazdı əsgərim,
Zəfər nəğməsini çaldı əsgərim,
Neçə ildən sonra qovuşduq Allah.

İndi ətir saçır xarıbülbülər,
Indi nəğmə deyir sarı bülbülər,
Bizim üçün açır çıçəklər,güllər,
Neçə ildən sonra qovuşduq Allah.

Qoy havalansın yenə Xanın səsi,
Qoy çalınsın Qarabağ şikəstəsi,
Vətəni bürüsün qələbə səsi,
Neçə ildən sonra qovuşduq Allah.

Allah rəhmət eləsin şəhidlərə,
Vətən uğrunda ölən igidlərə,
Atəş əmrini verən rəhbərlərə,
Neçə ildən sonra qovuşduq Allah.

Müəllif:Ruslan Əliyev

loading...