Ruhun şad olsun dədə

Vətən sənə oğul deyib güvəndi,
Haqq dünyanda ruhun şad olsun dədə!
Yaxşı-yaman el gözündə ələndi,
Haqq dünyanda ruhun şad olsun dədə!

Dünyaya səs saldı şöhrətin,şanın,
Səndən qüdrət aldı Azərbaycanın.
Qurtardın zülmətdən bu xalqın canın,
Haqq dünyanda ruhun şad olsun dədə!

Xalqımın söhbəti,şirin sözüsən,
Yanar ürəklərin sönməz közüsən.
Bu haqsız dünyada haqqın özüsən,
Haqq dünyanda ruhun şad olsun dədə!

Əqidən,məsləkin işıq saçıbdır,
Nurlu sabahlara yollar açıbdır.
Bütün arzuların çiçək açıbdır,
Haqq dünyanda ruhun şad olsun dədə!

Hər an minnətdarıq,borcluyuq sənə
Sən dayaq olmusan “Ana vətənə”.
Davamçın İlhamdır, layiqdir sənə
Haqq dünyanda ruhun şad olsun dədə!

MÜƏLLİF:Vətən şerləri

loading...