Rastlasdıq.

Rastlasdiq,gözəlim,indi yenidən,
Allah belə yazıb göz yaşı nədən.
Sən ailə sahibi mənsə sərgərdən,
Ayrılaq,əzizim,deyib-gülmədən.

Üzümə dikilən baxışlarınla xatirə oyatmaq
De,kimə lazım?
Oyatma dinməsin qəmli xatirə
Yaranı qanatmaq
De,kimə lazım?

Unut,ay qız,qəlbim yalqız,
Günlərim matəm
Yox olsun bu qəm,
Mən dözəmmirəm,
Fəqana,naləyə,bu aha,
Get daha

Sənsizlik işgəncə
Bitəcək köçüncə
Bu qəmli dünyadan
Sən olmadan.

Rafiq Məmmədov

loading...