Rahat ol

Üzdə gülüb göz yaşımı,
Öz içimdə saxlayaram.
Sən gülümsə dərdlərimə,
Mən dərdinə ağlayaram.
Rahat ol!

Xatirələr dönüb dinsə,
Lap fələyin çərxi dönsə,
Sən üzülmə bir an, mənsə,
Həsrətə bel bağlayaram.
Mən dərdinə ağlayaram.
Rahat ol!

Yaşananlar boş xəyalsa,
Mənim yerimi kimsə alsa,
Əgər bir gün toyun olsa,
Ürəyimi dağlayaram.
Mən dərdinə ağlayaram.
Rahat ol!

Baş götürüb getdin hara?
Ağ hisslərmə çəkdin qara,
Ürəyimə vurdun yara,
Çətin birdə sağala yaram.
Mən dərdinə ağlayaram.
Rahat ol!

Müəllif:Pərvin Nəsibov

loading...