Rəqəmlər

Birdən başlayır saylar,bir bir keçir gun aylar.Bir ana var, bir vətən hamı onu haraylar .
İkiyəm mən ikiyəm,tənbəllərin üzüyəm.Məni niyə sevmillər heç bilmirəm niyə mən.
Üçəm mən üçüncüyəm göydən düşən üç alma.
Dördəm beşə qardaşam,uşaqlara yoldaşam.Dörddən beşə gələrəm ona kömək edərəm.
Beş alanda sagirdi gülər üzü gozu,dillərin əzbəridir beş rəqəmi beş sözü.
Mənə altı deyərlər ürəyimi yeyərlər,qiymətlər cədvəlində yerim yoxdu deyərlər.
Bu rəqəm də qəlbə axır, xoslayır onu hamı.Axı səkkiz martdadır anaların bayramı.
Doqquz çox rəqəmlərin sonuncusu şahıdır,altının şahı olmaq ən böyük günahıdır.
On yaşımız olanda dördüncü olacağıq,bilik yarışlarında qələbə çalacağıq.
Sıfır gör nə qəşəngdir,demə nəyə gərəkdir.Onun yanına əgər bir əlavə etsələr artıb çoxalacaqdır dönüb on olacaqdır.

loading...