Qarabağ.

Ey bizim igidlər məskəni Qarabağımız
Bu zəmanə qoydu bizi həsrət Qarabağa
Baxmayaraq ki,işğal altındadır torpağımız
Biz edirik və edəcəyik hörmət Qarabağa.

Qarabağ bizimdir,bizim olacaq şuarımız
Bu torpağı geri qaytarmağdı qərarımız
Çox gözəldi bizim cənnət diyarımız
Bir gün gedərik nəhayət Qarabağa.

Hiyləgərlik eyliyir ancaq ermənilər
Yenə alçaqlıq elədi alçaq ermənilər
Rusların köməkliyi ilə qorxağ ermənilər
Qoşun yeritdi gizli,xəlbət Qarabağa.

Artıq dözüm qalmayıb həsrət çəkirik,
Neçə illərdi qəm-qüssə,dərd çəkirik.
Səbrimiz tükənib artıq əziyyət çəkirik
Nəyə görə verilmir qiymət Qarabağa.

Canımızdan keçərik bayraq uğrunda
Çox şəhidimiz oldu torpaq uğrunda
Neçə igid öldü Qarabağ uğrunda
Axı biz necə çəkə bilərik xətt Qarabağa.

Qarabağda çox vaxt deyiblər bayatı
Qarabağ xalçası,Qarabağın atı
Aşıqları,şairləri,muğamatı
Həmişə gətirib şöhrət Qarabağa.

Torpaq uğrunda canımızı fəda edərik
Gedərik bir gün Qarabağa gedərik.
Neçə illərdən sonra arzumuza yetərik
Bayrağımızı sancarıq əlbət Qarabağa.

loading...