Ötən məhəbbət

Səni çox axtardım, görım hardasan,
Sən demə, ömrümün baharındasan.
Ayımda, ilimdə, hər anımdasam,
Qorxuram, yenə də itirəm səni.

Sevgim düşdü mənim bir burulğana,
Gündüzüm çevrildi qaş qaralana.
Mən, canı vermədim hər can alana,
Istərəm, canımda mən görəm səni.

Demə ki, mən səndən uzaqlaşmışam,
Çox uzaq vaxt ötüb mən yadlaşmışam.
Öz şamım sönsə də mən alışmışam,
İstərəm pərvanə mən biləm səni.

Həmişə sən oldun diləyimdəki,
Məhəbbət gözləyən ürəyimdəki.
Ağlına gətirmə, heç düşünmə ki,
Bu sevən qəlbimdən mən siləm səni.

12 мая 2012 г. в 1:25 ·

Müəllif:Çingiz Babaoğlu
(Ç Əliməmmədov)

loading...