NOVRUZ BAYRAMI

Salamladıq bülbülü
Açıldı Novruzgülü.
Bağlarda quşlar ötdü
Nərgiz,Bənövşə bitdi
Şənlik etdi el,hamı.

Günəş öpdü çəməni
Evdə qoyduq səməni
Qarşıladıq Novruzu
Şamlar sarı,qırmızı
Gəldi Bahar bayramı
Şənlik etdi el,hamı.

Süfrələr bər-bəzəkli
Üsdü şirin çörəkli
Şəkərçörəyi,kişmiş
Gəldi Bahar bayramı
Şənlik etdi el hamı.

Pıçıldaşdı bülbüllər
Bəzədi bağı güllər.
Saldı Zoğal və Alça
Yerə çiçəkdən xalça
Gəldi Bahar bayramı
Şənlik etdi el hamı.

MIRVARID DILBAZI

loading...