Müqəddəs and.

Göz yaşı ürəyi təskin edərmiş
Bir ömür ağlasam dinərmi acım?
Hər dərdin əlacı vardır dedilər
Nə edim? mənim ki yoxdur əlacım!

Məni varlığına öyrədən gözəl
İndi yoxluğuna gəl öyrət barı
Bir vaxt taxt tacını qurduğun yerə
Viranə könlümə nəzər sal barı.

Yoxsa ki ürəyim daşamı dönüb?
Bu qədər hicrana necə dözmüşəm
O mənim dilimdə müqəddəs bir and
Mən isə onunçün adi sözmüşəm!

Müəllif:Qasım Quliyev

loading...