menden otdu deydi qardasima

Ey daşlaşan, torpaqlaşan ulu babam,
Bu günümden dünenime uzaqlaşan ulu babam,
Külekleşen, dumanlaşan
Ruhunla sen
Ayağa dur, seninleyem!
Ses getmeyen, el yetmeyen
Qedim tarix deresinden
Ses ver menim sesime sen:
Sene gelsin, senden öten neydi bele? –
Senden ötüb qardasına deydi bele?!
Bununlamı nece defe Ata-oğul, qardaş hissi haçalandı?
Bir seherin beş qardaşın xanlığına parçalandı?!
O zamanım bitdi bizim dilimizin “Senin”, “menim” qabarı da?
O zamanmı bitdi bizim dilimizin “haralısan?” damarı da?..
Seninleyem, ulu babam!
Bu meseli kimdi yazan?
Hansı soysuz ata idi Ataların imzasını
Çekib, ona möhür basan?!
Adınızı dastanlardan oğruyaram!!!,
Ruhunuzu qıyma-qıyma doğrayaram,
Qara Çoban, Deli Domrul, Ey Xan Eyvaz, Giziroğlu Mustafabey,
Eğer ki, siz Bu mesele qol çekdiniz!
Sonra, sonra hansımizsa Xalqa gelen bir qezadan Öz başını yana eydi,
O qeza bir topa dönüb Settarxanın tifaqınan yaman deydi,
Menden ötdü12!.. Menden ötdü!.. Sevince bax!
Bunu yazan xilqete bax! Menden ötdü!..
Qulağımdan getmir bu ses, Zerbeleri qardaşına, Sırdaşına ötüren kes
Ele bil ki, bax bu gece…
Qulağımın dibindece Xetainin süqutuna qehqeh çekdi.
Sonra, sonra Seherecen başına yüz qedeh çekdi.
O qehqehin dalgasından, O mestliyin baş fırladan havasından qopan daşdı…
Azərbaycan torpağında Araz boyda şırım açdı.
Məndən ötdü… Bunu dedi Seki xanı, Bunu dedi Bakı xanı, Bunu dedi ibrahim xan. Fətəli xan, Kərbəli xan…
Qəza ötsün, – məndən, – dedi;
Öten kimi, “mən-mən” dedi;
“Men-men” dedi bir ölkədə nə qədər xan.
Onlar mən-mən deyən yerdə sən olmadın, Azerbaycan!
Səni səndən alıb belə Yüz illərlə uyutdular, səni səndə ələdilər.
Səni səndə üyütdülər.Dibək oldun öz duzunla, öz daşınla –
Ögey oldun, doğma, əkiz qardaşınla –
Menden ötdü deyenlerin qeyrətindən, Namusunu yeyənlərin qeyrətindən!
Ey daşlaşan, torpaqlaşan ulu babam!
Bu günümden dünenime uzaqlaşan ulu babanı!
Ayağa dur!
Defn etdiyim meselenin Başdaşına Bir teessüf xatiresi yazıb, yondur:
“Səndən ötən mənə dəydi,
Məndən ötən sənə dəydi.
Səndən, məndən ötən zərbə…
Vətən, vətən sene dəydi…”
Memmed Araz


Reklam


Dostlarınla paylaş