Mənasız həyat.

Səninləyəm eşit vəfasız insan
Necə unudarsan sənli günləri?
Sənlə xoşbəxt idim o günlər getdi
Yazıram yaddaşa qəmli günləri.

Sənə sevgi verən o qəlbim indi
Parça-parça olub düzələn deyil.
Bilirsən ağılsız başıma deyirəm
Düşünmə onsuzda o gələn deyil.

Mənasız həyatdı səni sevənlər
Bir gün səni tənha qoyub gedəcək.
Sənə özün çoxlu o sevdirərək
Gedəcək və sevgi burda bitəcək.

Təkcə onu düşünüb sən ağlıyarsan
Təkcə sanarsan ki, həyat ondadı
Narahat edərsən sən öz dünyavı
Sanarsan dünyada rahat ondadı.

Sən özünü hamıdan əksik sanarsan
Sanarsan hər şeyin o idi getdi.
Əyər həqiqətən səni sevirsə
Bəs niyə bu sevgi soyudu bitdi?

Ramil der qəm çəkir hemişə çəkəcək
Sevgisi yolunda qanlar tökəcək.
Yarı gəlməsə də yar sevməsə də
O gələn yollara gözün dikəcək.

loading...