Mən şair olmuşam,sən nə olmusan?

Haqlı haqsız danışırsan nə haqda
Tənə vurma mənə belə nahaqdan
Səndən ötrü ay vəfasız o vaxtan
Mən şair olmuşam,sən nə olmusan?
Naşükürlük eyləmədim Allaha,
Şükür ilə göz dikmişəm sabaha.
Qazandığım ucuz olsun ya baha,
Mən aqil olmuşam, sən nə olmusan.
Mən səni düşündüm ümid içində
Sənin xəyalların dumanda,çəndə.
Tər güllər açanda şehli çəməndə,
Mən çayır olmuşam,sən nə olmusan?
Şahnazam yanmışam eşqə nə fayda
Ömrü əbəs yerə vermişəm bada.
Heç nə olmasada fani dünyada,
Mən şair olmuşam sən nə olmusan?

Şahnaz Mehdiyeva.

loading...