“Mən səni sevirəm, sənə yazıram…”

Deyirsən-“Nə gözəl şeir yazırsan?!”
Biri salıb məni qəmə,yazıram,
Desəm də, inanan deyilsən mənə,
Mən kimi sevirəm, kimə yazıram…
Sənə yazdığımı desəm də belə,
İnanan deyilsən ,bilirəm axı!…
Çəkdiyim bu dərdə biganə qalma!
Mən dərdin içində ölürəm axı?!..
Mən dərdin içində ölürəm …

Bu hala salmasın Tanrı heç kimi,
Ya belə deyim,ya tamam başqa cür…
İnamsız edəndə bu cür sevgini,
Özünü hiss edir adam başqa cür…
Özümü qəribə hiss edirəm mən,
Səninçün yazılır yazdığım şeir…

Özüm istəsəm də, istəməsəm də,
Hərflər dil açıb, “Unutma!”-deyir…
Yazmaqla rahatlıq tapıram ancaq,
Hisslərim içimdə boğulur çünki…
Bəlkə də,“Yazıram”demək günahdır…
Mənim şeirlərim doğulur çünki…
Deyirsən səninçün heç nə yazmayım,
Bax, onda verirsən əziyyət ,zülüm…

Hərdən düşünürəm,bəlkə, yazmayım?!…
Neyləyim,alınmır,yazıram ,Gülüm…
Səni tanıdığım yerdə yaşayıb,
Səni unutduğum yerdə ölərəm…
Ölüm təsdiqləsə unutduğumu
Yenidən doğulub,bir də ölərəm…
Özüm istəsəm də, istəməsəm də…

Hərflər dil açıb, “Unutma!”-deyir…
Bəlkə də,“Yazıram”demək günahdır…
Mənim şeirlərim…
Mənim şeirlərim…Doğulur çünki…
Deyirsən səninçün heç nə yazmayım,
Özüm istəsəm də, istəməsəm də,
Hərflər dil açıb, “Unutma!”-deyir…
Deyirsən, deyirsən….
Yazmayım…
Yazıram…

Mən səni sevirəm, sənə yazıram…
Neyləyim,alınmır…
Yenə yazıram …

Ramil Göyçaylı

loading...