Mən Sən olub yaşamağa öyrəşmişəm…

Bir müddət mənim yanımda qalarsan,
Yalan vədlər verib, ürək alarsan,
Birdən sən də hamı kimi olarsan,
Mən səninlə qalmağa da qorxuram…

Məğlub olan düşmənini unutmaz,
Sən ağlatsan , məni kimsə ovutmaz,
Bilmək olmaz,birdən gedər qayıtmaz,
Sənsiz nəfəs almağa da qorxuram…

Nəyəsə xatir yalan işlədərsən,
Xəyal etdirərsən, xəyal edərsən,
Sonra xəyallarla çıxıb gedərsən,
Xəyallara dalmağa da qorxuram…

Görən deyir,yaman çox dəyişmisən,
Bu barədə xeyli fikirləşmişəm,
Mən Sən olub yaşamağa öyrəşmişəm,
Artıq özüm olmağa da qorxuram…

Ramil Göyçaylı

loading...