Mən özüməm

Bir şeirin təbi gəldi,
Söz yazmaq ədəbi gəldi.
Yaddan çıxmış dəbi gəldi,
Mən, elə mənim özüməm.

Bir sevgidən bərk tutmuşdum,
Ürəyimi qurutmuşdum.
Mən az qala unutmuşdum,
Mən, elə mənim özüməm.

Fırlansa da çərxi -fələk,
Dedim ki, bir gün gələcək,
Taleyimi döndəracək,
Mən, elə mənim özüməm.

Dostlar məni çox sınadı,
Qınayanlar da qınadı.
Tanımayanlar tanıdı,
Mən, elə mənim özüməm.

Çox itirdim, tapan hanı,
Axtarsam da hər bir yanı.
Şeirimin qəhrəmanı,
Mən ,elə mənim özüməm…

Müəllif:Çingiz Babaoğlu
(Ç Əliməmmədov)

loading...