Mən necə yaşayım bəs indi sənsiz?

Sən getdin yaşamaq həvəsim getti
Dünya gözlərimdə silindi sənsiz.
Sənsizlik ömrümü pərişan etti
Mən necə yaşayım bəs indi sənsiz?

Bir omur yaşasamda tutulmaz yerin
Çəkdiyim əzabın yarası dərin
Məni yaşadırdı o gülüşlərin
Mən necə yaşayım bəs indi sənsiz?

Qayıt gözlərimin yaşını qurut
Yetər söyləmə sən məni unut
Ya mən ölüm gedim,ya da ki qayıt
Mən necə yaşayım bəs indi sənsiz?

Sənsizlik əzabı necə də ağır
Elə bil göy üzündən qəm kədər yağır.
Ya mən ölüm gedim ya da ki qayıt
Mən necə yaşayım bəs indi sənsiz?

Acı talehimin acı günlərim
Ölüm yaşamaqdan şirindi sənsiz.
Qəlbimdə dünyanın hər dərdi səri
Mən necə yaşayım bəs indi sənsiz?

Rəhmiyyə Agayeva

loading...