İzin qalsın

Sən sevəndə elə sev ki,
O sevgidə gözün qalsın.
Ayrılanda elə ayrıl,
Yolunda bir izin qalsın.

Sözün yığılsada qat-qat,
Demə ki, təlx olub ovqat.
Bizi qovuşdursa həyat,
Deməyə bir sözün qalsın.

Küsəndə də elə küs ki,
Haqq-salamı elə kəs ki,
Bir az başı uca gəz ki,
Barışmağa üzün qalsın…

Müəllif:Çingiz Babaoğlu
(Ç. Əliməmmədov) Quba

loading...