ISTƏMİRƏM SEVİM ONU…

İllər, apar onu məndən
İstəmirəm görüm onu.
Əllərini qopar məndən
İstəmirəm sevim onu!

Nə xəyalım, nə də arzum
İstəmirəm onun olsun.
Nə sözlərim, nə də gözüm
İstəmirəm onda qalsın!

Apar məni gələcəyə
Keçmişimdən uzaqlaşdır.
Yaxınlaş bir ürəyimə
Orda nə var saxtalaşdır.

Yalan olsun qoy sevgimdə
Təki onu sevməyim mən
Nifrət etsin lap mənə də
Təki onu görməyim mən!

Qoy puç olsun xoşbəxtliyim
Acı çəkim gündüz gecə
Səndə qalsın qoy gəncliyim
“O”nu qoru mən getdikdə!!!

müəllif:Nuray

loading...