İstəmirəm.

İşıq aldım nurlu gözdən
Yanmağımı oddan közdən
Mən verdiyim bircə sözdən
Dönməyimi istəmirəm.

Umudim var aya, ilə
Duyğularım gəlsin dilə
Yansam Vətən eşqi ilə
Sönməyimi istəmirəm.

Şerim doğur kövrək hissdən
Otur zildən, ötur pəstən
Qoşqar deyər zirvə üstən
Enməyimi istəmirəm.

Muəllif:Qoşqar Vəli.
01.09.2011.

loading...