İnsan.

Səmadan süzülür, bəhruzə insan
Sudan hasili dürr, firuzə insan…

Az bir zaman içrə xəlq oldu, pünhan
Bətni ümmilərdən biruzə insan.

Gizləndi, rəhmidə həyadan üryan
Bəbəyi kirpiklə məhfuzə insan…

Çeşmeyi kövsərmi içdi, anadan
Sirabi zəmzəm tək bir kuzə insan….

Otuz bir ayətlə, surəti~cinan
Sığmazmı surəsi hizb, cuzə insan…

Nəcmi büruc etdi, nəzmi leyladan
Şuəra!…Eşq vəzni əruzə insan…

Fəsli bəhar ilə tutuşdu, furqan
On dörd şəmsiyyədən əfruzə insan.

Gecənin talibi deyilmi məhan,
Siyah hicab geymiş, məhruzə insan…

Talib Kür

loading...