İnsan köçür bu dünyadan.

İnsan köçür bu dünyadan
Baxırıq biz nadan nadan
Düşünmürük bir zamanda ,
Köçəcəyik bu dünyadan.

O dünyadan gələn yoxdur,
Amma gedən yaman çoxdu,
Bu dünyada zalımlara
O dünyada aman yoxdu.

Yaman çoxdu yaxşı azdı,
Bir birinə qəbir qazdı,
İnsan köçdü bu dünyadan,
Təkcə adın daşa yazdı.

İzi qaldı hər insanın,
Həm yaxşının həm yamanın,
Sirrin heç kimə vermədi,
Əhdinə bax bu dünyanın.

Imza:Azər Pənahlı.

loading...