İndi xəyaldı.

Nağıl kimi keçdi məktəb illəri,
Səninlə bölüşdüm bütün sirləri,
Xəyalımdan çıxmır sənin gözlərin,
Hər gün gördüyüm göz indi xəyaldı.

Əsdi ömrümüzdən bir rüzgar kimi,
Gah acı, gah şirin məktəb illəri,
Bəzən kədər, bəzən sevinc hissləri,
Hər gün duyduğum hiss indi xəyaldı.

Vurulacaq uşaqlığn son zəngi,
Bilinəcək hər kəsin həyat rəngi,
Könlümü oxşardı saf, təmiz qəlbin,
Qəlbin ürəyimdə indi xəyaldı…

Qurbanova Ləman

loading...